Avropa şirkətləri Orta Dəhlizin inkişafına dəstək ifadə edib

Fransanın “Expertise France” və Almaniyanın GIZ şirkətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına fəal şəkildə kömək edir, logistikanın rəqəmsallaşdırılmasına və yüklərin tranzit müddətinin azaldılmasına xüsusi diqqət yetirirlər.

Bu barədə “Expertise France” açıqlama yayıb.

Məlumatda deyilir ki, hər iki şirkət Avropa İttifaqının (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində marşrutun inkişafını dəstəkləyir.

“Expertise France”ın direktoru Jeremi Pellenin sözlərinə görə, iş iki əsas istiqamətdə aparılır: infrastrukturun maliyyələşdirilməsi və malların tranziti üçün effektiv kommunikasiyaların təmin edilməsi.

“Expertise France” və GIZ layihənin qeyri-maddi hissəsinə, o cümlədən rəqəmsal həllər və logistikanın optimallaşdırılmasına diqqət yetirir”, – şirkətin məlumatında qeyd edilib.

Bundan əlavə, Orta Dəhlizin inkişafı Özbəkistan nəqliyyat naziri İlhom Mahkamovun beynəlxalq əməkdaşlıq üzrə Avropa komissarı Yozef Sikela ilə görüşündə də müzakirə olunub. Əsas diqqət Mərkəzi Asiya və Avropa arasında qarşılıqlı ticarət həcminin artırılmasına, həmçinin “Global Gateway” çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib.

“Expertise France”dan bildirilib ki, Avropa şirkətlərinin logistikanın rəqəmsallaşdırılmasında və tranzit proseslərinin optimallaşdırılmasında iştirakı ticarətin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Aİ-nin infrastruktura və rəqəmsal texnologiyalara investisiyaları yükdaşımaların müddətini azaltmağa və ticarət həcmini artırmağa kömək edəcək.

Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir. 2023-cü ilin oktyabrında Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyinin artırılması üçün “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə TBNM ilə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 62 % artaraq 4,5 milyon tona çatıb. Həyata keçirilən tədbirlər nəticəsində 2027-ci ilə qədər Orta Dəhlizin ötürmə qabiliyyətinin 10 milyon tona qədər artacağı gözlənilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]