Malayziyada qaz kəmərində partlayış nəticəsində 145 nəfər xəsarət alıb – YENİLƏNİB

Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində 145 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “Bernama” dövlət agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Onlardan 41 nəfəri xəstəxanadan buraxılıb.

“Reuters” agentliyinin məlumatına görə, yanğın günorta saatlarına qədər söndürülüb. Ümumilikdə yanğın nəticəsində 305 nəfər, o cümlədən evlərinə ziyan dəymiş 190 nəfər xəsarət alıb.

***

Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.

Bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Onlardan altısı xəstəxanaya yerləşdirilib.

Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]