Husilər “USS Harry Truman” təyyarə gəmisi qrupuna 24 saatda üç dəfə hücum edib

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları son 24 saat ərzində Qırmızı dənizdə ABŞ-nin gəmilərinə və təyyarədaşıyan “USS Harry Truman” gəmisinə üç dəfə hücum edib.

Bunu teleqramda qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Silahlı Qüvvələrimizin dəniz, raket və pilotsuz uçuş aparatları Qırmızı dənizdə ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi düşmənin hərbi gəmilərinə çoxsaylı qanadlı raket və PUA-lardan zərbələr endirib. Bu, son 24 saat ərzində baş verən üçüncü toqquşmadır”, – məlumatda deyilir.

Xatırladaq ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən üsyançılara qarşı hərbi əməliyyata başladığını elan edib. O, qərarını husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları ilə izah edib.

Əməliyyatda Qırmızı dənizdə yerləşən “USS Harry Truman” təyyarədaşıyan qrupu iştirak edir. Yəməndə “Ənsar Allah” hərəkatının nəzarətində olan ərazilərə müntəzəm zərbələr endirir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]