Həftəsonu istirahətə gedənlərə – Xəbərdarlıq

Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Müraciətdə sürücülərin diqqətinə aşağıdakılar çatdırılır:

-Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.

-Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.

-Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin.

-Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.

Piyadalara xatırlatma:

-Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin.

-Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin.

-Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]