Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən verilən xəbərə görə, xəbərdarlıqda deyilir:

“Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]