Müəllimlərlə bağlı müsabiqədə qeydiyyat BAŞA ÇATIB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi yekunlaşıb.

Aprelin 4-dən başlayan prosesi artıq dayandırılıb.

Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Müsabiqə üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilib.

Hazırda qeydiyyatdan keçənlərin sənədlərinə baxılır və tezliklə kimin müsabiqəyə buraxılacağına aydınlıq gətiriləcək.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu müsabiqə ilə digər bölgələrdən iş yerini Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna dəyişmək  mümkün deyil. İş yerini bu regionlara dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak edərək yerdəyişmə edə bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]