Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik

Birləşmiş Ştatlar Fələstinin radikal HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, – Tramp bildirib. “Biz Qəzza ilə nə baş verəcəyini görəcəyik, lakin Yaxın Şərqdə çox irəliləyiş əldə etdik”, – o vurğulayıb.

“Bu xüsusi günün hadisələri – 7 oktyabr 2023-cü il – heç vaxt baş verməməli idi”, – Amerika lideri fikirlərinə davam edib. “Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq”, – o, yekunlaşdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]