Sabah bu qəsəbələrin qazı KƏSİLƏCƏK

“Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 24.04.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin – Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]