Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]