Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür.

Bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“İki tərəfin nümayəndə heyətlərinin işinin nəticəsi olaraq müəyyən razılaşmalara nail olunacağı halda belə bir görüş mümkündür. Bunu mümkün hesab edirik – lakin məhz iki tərəfin işinin nəticəsi olaraq və razılaşmaları şəklində müəyyən nəticələr əldə edildikdən sonra.

Eyni zamanda, nümayəndə heyətinin razılaşdırmalı olduğu sənədlərin imzalanması zamanı bizim üçün əsas və prinsipial məsələ Ukrayna tərəfindən bu sənədləri məhz kimin imzalayacağıdır”, – o qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]