Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb – YENİLƏNİB

Sumqayıt şəhərində baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu məlum olub.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, şəhərdə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına dörd qadın hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.

Hadisə Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Murtuzov Cavid Abbasəli oğlunun idarə etdiyi sərnişin avtobusu 1999-cu il təvəllüdlü Mirişov Mirhadi Mirismayıl oğlunun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə toqquşmadan yayına bilməyib.

Qəza nəticəsində avtobusun sərnişinləri – Sumqayıt şəhər sakinləri, 2007-ci il təvəllüdlü Şahbuzova Şəbnəm Akif qızı, 1967-ci il təvəllüdlü Şahbalayeva İlahə Mürvət qızı, 1994-cü il təvəllüdlü Şəmiyeva Lamiə Gülasət qızı və 2007-ci il təvəllüdlü Məmmədova Nuray Sərxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]