Kobaxidze İlham Əliyevə təbrik məktubu göndərdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Sizi Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Gürcüstan Hökuməti və gürcü xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

28 May tarixi əhəmiyyət daşıyan bir gündür və Azərbaycan xalqının azadlıq arzusunun və müstəqilliyinin rəmzidir.

Dostumuz və strateji tərəfdaşımız Azərbaycanın uğurları və inkişafı bizi səmimi-qəlbdən sevindirir. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında ümumi maraqlara, regionun inkişafına və sabitliyinə yönələn möhkəm tarixi dostluq və əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.

Müstəqilliyin bu əlamətdar günündə Sizə daim firavanlıq, tərəqqi və dövlət quruculuğu yolunda daha da böyük uğurlar arzulayıram.

Cənab Prezident, Sizə dərin ehtiramımı ifadə edir və ən xoş arzularımı çatdırıram”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]