Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”

Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir.

Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru” panel sessiyasında bildirib.

Onun sözlərinə görə, hazırda Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin davamlı inkişafı və sabit artımı müşahidə olunur – son beş ildə bu göstərici 2 dəfə artıb.

“Cari ilin ilk 4 ayında Özbəkistanın statistikasına görə 40 % artım qeydə alınıb. Müsbət dinamika mövcuddur. İqtisadiyyatlarımızın potensialı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir. Buna görə də biz həcmlərin iqtisadi artım templərinə uyğun olması üçün artırılması istiqamətində işləməliyik”, – X.Teşabayev bildirib.

Nazir müavini Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri, tekstil məhsulları, mexaniki və texniki avadanlıqların ixracının artırılması üzərində işləməyə hazır olduqlarını vurğulayıb: “Bunun üçün biz çox sıx qarşılıqlı əlaqədə işləyirik. Bütün bunların inkişafına imkan verəcək istiqamətlərdən biri müqavilələrin bağlanması üçün elektron ticarət platformasının yaradılmasıdır”.

Nazir müavini həmçinin ümid edir ki, biznes missiyalarının sayının artacaq: “Birgə layihələrin dəyəri 2,2 milyard ABŞ dollarından çoxdur. Yaşayış komplekslərinin və hotellərin tikintisi uğurla həyata keçirilir. Özbəkistan biznesi Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən pambıq klasterinin yaradılmasında, Hacıqabulda avtomobil istehsalının genişləndirilməsində fəal iştirak edir. Ölkələr arasında sənaye əməkdaşlığının inkişaf potensialı son dərəcə yüksəkdir. Hazırda Özbəkistan yeni layihələr paketi formalaşdırır. Tezliklə onu müzakirə üçün investisiya şirkətinə təqdim edəcəyik. Bundan sonra onların həyata keçirilməsi üçün tərəfdaşlar cəlb etməyə çalışacağıq”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]