Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin

Yay aylarında uşaqlarda qida allergiyasına daha çox rast gəlinir.

Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamilova deyib.

Onun sözlərinə görə, qida allergiyasına çiyələk, şaftalı kimi meyvələr, dondurma və s. qidalar səbəb olur:

“Bunlarla yanaşı, valideynlər allergiyası olan uşaqları hovuza apararkən diqqətli olmalıdır. Hovuzda xlorun miqdarının çoxluğundan alergiyalar özünü brüzə verə bilər”.

Həkim onu da vurğulayıb ki, əgər ailədə valideynlərdən birində allergik anamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30 faiz, valideynlərdən ikisində də allergik anamnez varsa, uşağa keçmə ehtimalı 50-60 faizdir:

“Valideyn özündə allergik xəstəlik varsa, övladlarında da allergik reaksiyalardan klinik bir əlamət görərsə, mütləq həkimə müraciət etməlidir. Belə olduğu halda allergik müayinələrdən keçmək lazımdır. Uşaqlarda daha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıq dövründə özünü allergik səpkilər və ya ishal, qəbzlik, köp şəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]