Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur

Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı keçirilir.

Tədbirdə Azərbaycandan olan nümayəndə heyəti də iştirak edir.

Seminarın mövzusu “Birlikdə yol xəritəsi cızaraq: qlobal enerjinin gələcəyi”dir. İki gün ərzində enerji sənayesinin inkişafına həsr olunmuş 12 sessiya keçiriləcək.

Birinci gün seminar iştirakçıları neft bazarının vəziyyəti və onun perspektivləri, qlobal enerji sənayesinin maliyyələşdirilməsi, inkişaf etməkdə olan ölkələrdə enerji yoxsulluğunun aradan qaldırılması məsələlərini müzakirə edəcəklər.

Seminarın ikinci günü BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərin Konfransına həsr olunmuş sessiya ilə başlayacaq. Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP-29-un prezidenti Muxtar Babayev və Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə katibi, COP-30-un prezidenti Andre Korrea iştirak edəcək.

Bundan əlavə, seminarın ikinci günündə OPEC-in neft bazarı üzrə uzunmüddətli proqnozuna həsr olunmuş sessiya keçiriləcək. Bu hesabat ənənəvi olaraq ildə bir dəfə dərc olunur. Onu OPEC-in Baş katibi təqdim edəcək. Seminar iştirakçıları digər sessiyalarda da davamlı inkişaf və enerji sektorunda yeni texnologiyaların tətbiqi məsələlərini müzakirə edəcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]