İstanbulda meşə yanğınları səbəbindən pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib

Türkiyənin İstanbul şəhərində meşə yanğınları səbəbindən fişəng və digər tez alışan pirotexniki vasitələrin satışı və istifadəsi qadağan edilib.

Bu barədə İstanbul valiliyi məlumat yayıb.

Bildirilib ki, qadağa üç ay müddətinə qüvvədə olacaq.

“Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində meşəlik ərazilərə girişlər iyunun 23-dən oktyabrın 15-dək qadağan edilmişdi. Bu tədbirə əlavə olaraq, İstanbul ərazisində fişəng, siqnal fişəngi, məşəl və digər partlayıcı-yanıcı maddələrin satışı və istifadəsi 2025-ci il iyulun 29-dan oktyabrın 28-dək qadağan olunub”, – məlumatda vurğulanıb.

Eyni zamanda qeyd olunub ki, qadağaya əməl etməyən müəssisə və şəxslər barəsində hüquqi tədbirlər görüləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]