Azərbaycanda elektrik enerjisinə tələbat tarixi sərhədi aşıb

Avqustun 6-da saat 15.00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat olub.

Bu barədə “AzərEnerji” ASC-dən məlumat yayıb.

Bildirilib ki, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.

Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.

Hazırda “AzərEnerji” nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]