Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib

Səudiyyə Ərəbistanı hökuməti vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclasda İsrailin Qəzza zolağında hərbi əməliyyatların miqyasını genişləndirmək niyyətini tənqid edib.

Bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

“Nazirlər Kabineti İsrailin Qəzza zolağını tam işğal etmək qərarını, qardaş Fələstin xalqına qarşı aclıq, qəddar hərəkətlər və etnik təmizləmə ilə bağlı cinayətlərin davam etdirilməsini qətiyyətlə pisləyir”, – məlumatda deyilir.

Ər-Riyad hesab edir ki, dünya ictimaiyyətinin və BMT Təhlükəsizlik Şurasının bu hücumları dayandırmaq iqtidarında olmaması beynəlxalq sistemin əsaslarını və onun legitimliyini sarsıdır, regional və qlobal sülh və təhlükəsizliyə təhdid yaradır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]