Ötən il Azərbaycanda 2,9 milyona yaxın xəstə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, bu, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayıdır.
Məlumata görə, 1 milyondan çox insan tənəffüs orqanlarının xəstəlikləri ilə qeydə alınıb.
İkinci sırada həzm sistemi xəstəlikləri (241 minə yaxın), üçüncü sırada qan dövranı sisteminin xəstəlikləridir (233 min).
Digər xəstəliklər aşağıdakılardır:
– bəzi infeksion və parazitar xəstəliklər – 225 716 nəfər
– yenitörəmələr – 20 302
– qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular – 83 901
– endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları – 82 764
– psixi pozuntular və davranış pozuntuları – 24 228
– sinir sistemi xəstəlikləri – 89 370
– göz və gözün əlavə aparatının xəstəlikləri – 129 898
– qulağın və məməyəbənzərçıxıntının xəstəlikləri – 76 957
– dəri və dərialtı toxumanın xəstəlikləri – 82391
– sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri – 63 564
– sidik-cinsiyyət sisteminin xəstəlikləri — 165501
– hamiləlik, doğuş və zahılıq dövrü – 62733
– perinatal dövrdə meydana çıxan xüsusi hallar – 9 980
– anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları – 5111
– digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma hallar – 33 188
– travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – 169 827










