Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq

ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək.

Bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir.

“Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur”, – deyə nazir bildirib.

Ma Caosyü bildirib ki, Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq.

“Biz ABŞ ilə qarşılıqlı yaxınlaşma, dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, daimi təmasların qorunması, fikir ayrılıqlarının aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi və Çin ilə ABŞ-nin yeni dövrdə birgə mövcudluğu üçün düzgün yolun axtarışı istiqamətində əməkdaşlığa hazırıq”, – deyə o əlavə edib.

Nazir müavini onu da xatırladıb ki, cari ilin əvvəlindən bəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki dəfə telefonla danışıb və bir neçə dəfə məktub mübadiləsi aparıb. Onun sözlərinə görə, bu, Pekinin Çin-ABŞ münasibətlərinin gələcək inkişafı üçün kursunu müəyyən etdiyini göstərir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]