Vens: Çikaqoya Milli Qvardiya yerləşdirmək planımız yoxdur


ABŞ Prezidenti Donald Tramp administrasiyasının cinayətlə mübarizə üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiya qoşunlarının göndərilməsi ilə bağlı konkret planı yoxdur.

Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens deyib.

“Hazırda heç bir plan yoxdur. Lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Amerika vətəndaşlarını, istər Çikaqoda, istərsə də Vaşinqtonda müdafiə etmək üçün qanuni səlahiyyətə malikdir”, – Vens deyib.

Çərşənbə axşamı Amerika lideri Milli Qvardiya qoşunlarının Çikaqoya yerləşdiriləcəyini bildirib. Prezident onların dəqiq nə vaxt şəhərə yerləşdiriləcəyini açıqlamayıb.

Tramp İllinoys ştatının qubernatoru Cey Robert Pritskeri ştatın ən böyük şəhərində təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin fikrincə, Çikaqo dəhşətli kriminal vəziyyətə görə “cəhənnəm dəliyi”nə çevrilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]