Ronen Kraus: İsrail terrorla mübarizəni davam etdirəcək


İsrail terror və ona zərər vurmağa çalışan hər kəsə qarşı mübarizəsini davam etdirəcək.

Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bu gün Qüdsdə baş verən atışma hadisəsini şərh edərkən bildirib.

“Beş günahsız vətəndaş həlak oldu, çoxlu yaralı var. Yaralılara tez bir zamanda sağalmalarını arzulayırıq. İsrail terrora və ölkəyə zərər vurmağa çalışanlara qarşı mübarizəsini davam etdirəcək. Onlar qalib gəlməyəcəklər”, – diplomat “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, iki fələstinli Qüdsün şimalında sərnişin avtobusuna atəş açıb. Son məlumatlara görə, beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]