Sahibə Qafarova: Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var

Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri regional müstəvidə Cənubi Qafqaz-Balkan əməkdaşlığına təkan vermək baxımından vacib əhəmiyyət daşıyır:

“Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlərdə münasibətlərin inkişafı üçün böyük potensial var. Bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının, həmçinin münasibətləri daha da inkişaf etdirmək istəyimizin göstəricisidir. Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi böyük məmnunluq doğurur”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]