Rusiya Dneprə hücum edib, yaralılar var


Rusiya ordusu Dnepr şəhərinə pilotsuz uçan aparatlarla hücum edib, nəticədə şəhərdə yanğınlar baş verib və yaralılar var.

Bu barədə “UNIAN“ Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat verib.

“Ruslar Dnepri PUA ilə vurublar. İlkin məlumata görə, yaralılar var”, – o bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın qeydə alınıb. Ətraflı məlumatlar dəqiqləşdirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dron hücumu nəticəsində şəhərin mərkəzində genişmiqyaslı yanğın başlayıb, xüsusilə avtomobillər yanır, çox sayda insan qəlpə yarası alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]