Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq

Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.

Bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

“Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”, – o əlavə edib.

Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır.

“Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”, – o vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]