“Haber Global”: Azərbaycan Qarabağdakı yenidənqurma təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşür

Türkiyənin “Haber Global” telekanalı Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu barədə süjet hazırlayıb.

Süjetdə azad olunan ərazilərdəki yenidənqurma işlərinə diqqət çəkilib.

Qeyd olunub ki, bu mənada, Azərbaycan öz təcrübəsini beynəlxalq ictimaiyyətlə də bölüşür. Dövlət və özəl sektor nümayəndələri, beynəlxalq ekspertlər, memarlar, ekoloqlar və inşaat sahəsi üzrə mütəxəssislərin olduğu forumda şəhərlərin gələcəyi üçün ortaq həll yolları müzakirə edilir. Həmçinin, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma və inşaat işləri əsas müzakirə mövzularıdır.

Materialda bundan öncəki forumların Ağdam və Zəngilanda keçirildiyi də vurğulanıb:

“Ümumilikdə 64 ölkədən 400-ə yaxın beynəlxalq nümayəndənin iştirak etdiyi forumda 1200-dən çox iştirakçı var. Budəfəki forumun əsas mövzusu isə iqlimə dayanıqlı və sağlam şəhərlərin inşası məsələsidir”.

Süjetdə forumun bu gün və sabah Xankəndidə, 17 oktyabrda isə Bakıda davam etdiriləcəyi diqqətə çatdırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]