COP29 Prezidenti: Yaşıl dünya naminə həmrəylik nümayiş etdirilməlidir

Daha yaşıl bir dünya naminə həmrəylik nümayiş etdirilməlidir.

Bunu COP29-un Prezidenti Muxtar Babayev Türkiyədə baş tutan Sıfır Tullantı Forumunda çıxışı zamanı deyib.

Muxtar Babayev əlavə edib ki, bu məsələdə Türkiyənin liderliyi həlledici rol oynayır:

“Biz onların rəhbərliyi və istiqaməti altında irəliləyirik. “Sıfır Tullantı Hərəkatı” qlobal miqyasda tanınan bir təşəbbüsə çevrilib və bu hərəkat növbəti nəsil üçün ortaq dəyərlərin rəmzidir. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində də tullantıların idarə edilməsinin və emissiyaların azaldılmasının əhəmiyyətini bir daha vurğuladıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]