Paşinyan: “Sülhü qorumalıyıq” – Ermənistan hərbi xərcləri azaldır


PaşinyanErmənistan 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır.

Bunu Baş nazir Nikol Paşinyan 27 oktyabrda parlamentdə Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

2025-ci il dövlət büdcəsi layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi dövlət büdcəsi xərclərinin təxminən 15,5%-ni təşkil edir.

“Biz daim Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinin vacib olduğunu təsdiqləməliyik.

Ermənistan Respublikası müstəqilliyinin ilk günündən münaqişə vəziyyətində olduğundan sülhün nə olduğunu bilmir.

Sülh içində yaşamaq, sülhə uyğun bir qavrayışa və düşüncə tərzinə sahib olmaq asan məsələ deyil. Bu məsələyə çox diqqətlə yanaşmalıyıq və bu, sülhün qorunması zərurəti baxımından vacib bir komponentdir. Yaranmış sülhü daha da gücləndirmək və daha institusional hala gətirmək üçün onu qorumalıyıq.

Əlbəttə ki, biz bu məsələ üzərində işləyirik. Biz Azərbaycanla diplomatik kanallar vasitəsilə işləməyə davam edirik. Həmçinin müxtəlif səviyyələrdə əlaqələrimiz var”, – Paşinyan bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]