Rusiyada azərbaycanlı general 9 il müddətinə azadlıqdan məhrum edilib

Rostov-na-Donu Qarnizon Hərbi Məhkəməsində Rosqvardiyanın təchizat idarəsinin rəis müavini, Azərbaycan əsilli general Mirzə Mirzəyevin cinayət işi üzrə proses başa çatıb.

Məhkəmə külli miqdarda rüşvət almaqda ittiham olunan azərbaycanlı generalı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, 53 yaşlı Mirzəyev 2024-cü ilin noyabrında həbs edilib. İttihama görə, o, tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. Mirzəyev pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.(Apa)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]