ABŞ hərbi zərbələr endirəcək – Hədəflər açıqlandı

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladakı bir sıra hərbi obyektlərə hava zərbələri endirmək barədə qərar qəbul edib.

“Miami Herald” nəşrinin məlumatına görə, əməliyyatlar yaxın günlərdə, bəlkə də bir neçə saat ərzində həyata keçirilə bilər.

Mənbələrin bildirdiyinə görə, zərbələrin əsas hədəfi “Cartel de los Soles” adlı narkotik kartelinin istifadə etdiyi hərbi bazalar olacaq. ABŞ rəsmiləri hesab edir ki, bu cinayət şəbəkəsinə Venesuela rejiminin yüksəkvəzifəli nümayəndələri rəhbərlik edir.

Eyni zamanda, hava əməliyyatları zamanı kartelin liderlərinin də zərbə altına düşə biləcəyi qeyd olunur. ABŞ rəsmiləri bu təşkilatın illik 500 tonadək kokaini Avropa və ABŞ bazarlarına göndərdiyini bildirirlər.

Mənbələrdən biri qeyd edib ki, “Maduronun vaxtı tükənir” və o, tezliklə ölkədən qaça bilməyəcəyi vəziyyətdə qala bilər.

Vaşinqton eyni zamanda Nikolas Maduronun tutulmasına gətirib çıxara biləcək məlumatlar üçün mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırıb..

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]