İran səfiri: Sərhəddə gələn aylarda yeni keçid məntəqəsi açılacaq

Azərbaycan-İran sərhədində gələn aylarda yeni keçid məntəqəsi açılacaq.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Naxçıvanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

O qeyd edib ki, hazırda İran və Azərbaycan arasında dörd keçid məntəqəsi – Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt fəaliyyət göstərir:

“Gələn aylarda isə daha bir keçid məntəqəsi açılacaq. Bu keçid yeni körpü tikintisi ilə əlaqədardır ki, bu körpü “Ağbənd-Kəlalə” regionunda yerləşəcək. Bu istiqamətdə işlər çox yaxşı gedir və ilin sonuna qədər, yəni dekabrın sonuna kimi körpünün tikintisi bitəcək. Eyni zamanda, keçid məntəqəsi üçün bəzi qurumların hazırlıq işləri davam edir. Ümid edirik ki, gələn üç-dörd ay ərzində bu yeni keçid məntəqəsi hazır olacaq. Bu isə o deməkdir ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni imkanlar yaranacaq”.

Səfir qeyd edib ki, yeni keçid məntəqəsinin və körpünün istifadəyə verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa və qısa müddətdə mümkün olacaq:

“Bundan başqa, həmin istiqamətdə başqa infrastruktur və quruculuq işləri də aparılır. Yol bəzi yerlərdə dağlıq ərazilərdən keçdiyi üçün, xüsusilə, qış aylarında çətinliklər olurdu. Buna görə də yeni tunellər tikilir və mən bazar günü həmin tunellərə də baxdım. İşlər çox yaxşı irəliləyir, bəzi hissələrdə yol genişləndirilir. Ümumilikdə vəziyyət çox yaxşıdır və bu işlər iqtisadi əlaqələrin daha da inkişafına, həmçinin Naxçıvanın Azərbaycanın digər hissələri ilə əlaqəsinin asanlaşmasına yol açacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]