Televiziya verilişlərində vəziyyət qənəatəbəxş deyil

Audivizual Şura televiziya və radiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını tamamilə alıb.

Bunu Audivizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

Onun sözlərinə görə, əvvəllər belə deyildi. “Əvvəllər tez-tez rekalm çarxlarında əcnəbi sözlərə rast gəlinirdi”.

İsmət Səttarov verilişlərdə vəziyyətin qənəatəbəxş olmadığını bildirib.

“Çünki verilişlərin monitorinqi məsələsi var. Hansı ki gün ərzində 800 saatlıq efirə 6 əməkdaş baxır. Lakin Prezidentin çıxışından sonra biz yenidən bu məsələyə baxdıq və süni intellektdən istifadəyə qərar verdik. Haradasa 40 əcnəbi sözü proqrama daxil etdik və süni intellektə bu istiqamətdə əmr verdik. Hazırda bu layihə test mərhələsindədir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]