Səfirlik: Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır

Azərbaycan Suriya ilə bərpa və yenidənqurma təcrübəsini paylaşmağa hazırdır.

Bu barədə Azərbaycanın Suriyadakı səfirliyi “X”də paylaşım edib.

“Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, haqqın qanuni sahiblərinə qaytarılmasının və ədalətsizlikdən və cinayətkarlıqdan qurtuluşunun şahidi oldu. Dost Suriya xalqı böyük fədakarlıqlar göstərib”, – paylaşımda vurğulanıb.

Bildirilib ki, bu gün Suriya xalqı bütün sahələrdə vətənlərini bərpa etmək üçün səylə çalışır: “Onların əzmi və səyləri, dağıntılar altından qalxaraq unikal nailiyyətlər əldə edəcək bir dövlət qurmaq qabiliyyətlərini dünyaya nümayiş etdirir. Azərbaycan Respublikası azad edilmiş ərazilərdə davam edən yenidənqurma və bərpa prosesi zamanı qazandığı bütün təcrübələri bölüşməyə hazırlaşır”.

Qeyd edək ki, bu gün Bəşər Əsədin devrilməsindən bir il ötür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]