Ərdoğan: Aİ-yə üzvlük məsələsində Türkiyəni yubatma prosesi hələ də davam edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesində üzləşdiyi maneələrdən danışıb.

O bildirib ki, Türkiyə artıq 50 ildir bu prosesin tamamlanmasını gözləyir, lakin bu müddət ərzində müxtəlif bəhanələrlə davamlı şəkildə yubatmalarla qarşılaşıb.

“50 ili geridə qoyduq. Təəssüf ki, bizi söz oyunları ilə məşğul etdilər və bu yubatma prosesi hələ də davam edir. NATO-nun ikinci ən böyük quru ordusuna sahibik. Bu proses ərzində gizli və açıq məhdudiyyətlərə, hətta embarqolara məruz qaldıq. Buna baxmayaraq, müdafiə imkanlarımızı inkişaf etdirməyə davam etdik. Avropadan atılacaq addımlar bundan sonrakı mərhələni müəyyən edəcək”, – Ərdoğan vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]