“Brent” nefti 61,4 dollara qədər bahalaşıb


Neft qiymətləri dekabrın 15-i səhər saatlarında əvvəlki həftədə baş verən düşüşdən sonra bahalaşıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:14-ə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti bir barel üçün 0,32 ABŞ dolları (0,52 %) artaraq 61,44 ABŞ dollarına çatıb. Dekabrın 12-si “Brent”in qiyməti 0,16 ABŞ dolları (0,26 %) artaraq 61,12 ABŞ dollarına düşmüşdü.

Nyu-York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin yanvar fyuçerslərinın bu vaxta qədər qiyməti bir barel üçün 0,29 ABŞ dolları (0,5 %) artaraq 57,73 ABŞ dollarına çatıb. Əvvəlki sessiyada neftin kontrakt qiyməti bir barel üçün 0,16 ABŞ dolları (0,28 %) ucuzlaşaraq 57,44 ABŞ dolları təşkil edib.

Keçən həftə ərzində hər iki marka 4 %-dən çox itirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]