Nazirlik rəsmisi: “Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub”

“Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu gün rəsmi olaraq Bakı “Dünya İdman Paytaxtı” seçildi. Bildirmək istərdim ki, Bakıda bununla bağlı bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün şərait yaradılacaq. Paytaxtda bir çox beynəlxalq yarışlar təşkil olunacaq”, – nazirlik rəsmisi söyləyib.

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]