Azərbaycan-Türkiyə media münasibətləri müzakirə edilib

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran ilə görüşüb.

Görüşdə Azərbaycanla Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlığın dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyi vurğulanıb.

Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə-Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə, həmçinin, media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.

Azərbaycan-Türkiyə media münasibətləri müzakirə edilib

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]