BİZİM TƏQVİM:Yanvarın 17-də baş vermiş tarixi hadisələr

Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci ilin məhz bu günündə Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilib.

Bəs, 17 yanvarda daha hansı hadisələr baş verib?

1. 17 yanvar 1605-ci ildə “Don Kixot” romanı ilk dəfə nəşr olunub. 

2. 1685-ci ilin bu günündə Vyanada Johannes Diodato tərəfindən ilk kafe açılıb.

3. 1773-cü ilin 17 yanvarında Ceyms Kuk və onun komandası Antraktik dairəyə yaxınlaşıblar. 

4. 1819-cu ilin bu günündə Simon Bolivar Kolumbiya Respublikasını elan edib.

5. 17 yanvar 1852-ci ildə Sand-River müqaviləsi ilə İngiltərə,Transvaaldakı(Cənubi Afrika) müstəmləkələrinin istiqlaliyyətini qəbul edib. 

6. 1944-cü ilin bu günündə İkinci Dünya Müharibəsinin ən uzun və qanlı döyüşlərindən biri Monte Kasino döyüşü başlayıb.

7. 17 yanvar 1946-cıildə BMT Təhlükəsizlik Şurasının ilk iclası keçirilib.

8. 1991-ci ilin bu günündə “Səhrada tufan” hərbi əməliyyatı çərçivəsində müttəfiq ölkələr İraqı və Küveyti bombalayıblar.

9. 17 yanvar 1994-cü ildə Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verib. Nəticədə, 61 nəfər ölüb, ölkəyə 20 milyard dollar ziyan dəyib.

10. 1995-ci ilin bu günündə Yaponiyanın Osaka – Kobe bölgəsində 7,2 bal gücündə bir zələzələ baş verib. Nəticədə 6 mindən çox insan həyatını itirib. 

11.  17 yanvar 1995-ci ildə Yaponiyada Kobe şəhəri 7,2 bal gücündə zəlzələ ilə sarsıldı. 6 min 434 nəfərin həyatını itirdiyi, 40 mindən çox insanın xəsarət aldığı təbii fəlakətin ölkəyə verdiyi maddi zərər 200 milyard dollar oldu.  

Bəs, 17 yanvarda kimlər xatırlanır?

1. 1926-cı ilin bu günündə Azərbaycan şairi Mədinə Gülgün anadan olub.

2. 17 yanvar 1929-cu ildə  Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Məmmədov (1841-1929) vəfat edib. 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyub, müxtəlif truppalarda aktyorluq edib.

3. Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayan katyor 10-dan artıq kinofilmə çəkilib. 

4. 17 yanvar 1942-ci ildə musiqişünas, Əməkdar müəllim Səadət  Seyidova (1942-2020) Bakıda doğulub. Ü.Hacıbəyli adına BMA-nın professoru olub.

5. 17 yanvar 1942-ci ildə dünya şöhrətli boksçu Məhəmməd Əli anadan olub.

6. İqtisad elmləri doktor, professor İslam İbrahimov 17 yanvar 1948-ci ildə anadan olub.(Bizim.Media)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]