Azərbaycan Prezidenti Davosda finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb.

“Report”un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub.

Eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]