Məcnun Məmmədova iki yeni müavin təyin edilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.

Yeni müavinlər, Seymur Səfərli və Zaur Əliyevdir.

S.Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə alıb, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərib, əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən “Azərşəkər” MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra edib, bu təyinata qədər nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Z.Əliyev isə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə alıb, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili alıb.

O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyası üzrə praktiki təcrübə qazanıb, dövlət qurumlarında və özəl sektorda rəhbər vəzifələrdə çalışmış, o cümlədən “Yalama Aqropark” MMC-də direktor, habelə “Garant Holding”də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərib.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Əvəzində nazirin digər müavini – Sarvan Cəfərov vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev 20 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, nazir müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]