Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sisteminin yaradılması təklif edilir

Azərbaycanda məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sistemi və enerji miksinə günəş, külək və ya hidroenerjinin inteqrasiyasını dəstəkləyən tənzimləyici mexanizmlər yaradılmalıdır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında qeyd edilib.

“AmCham”ın ekspertləri rəqəmsal infrastruktur üçün fasiləsiz enerji təchizatını təmin edən və bərpa olunan enerji mənbələrindən istifadəyə stimul verən enerji siyasəti tətbiq edilməsini tövsiyə edirlər.

Sənəddə bildirilib ki, məlumat mərkəzləri və rəqəmsal infrastruktur yüksək səviyyədə fasiləsiz enerji təchizatı tələb edir: “Azərbaycanda enerji təchizatının qeyri-sabitliyi və rəqəmsal infrastruktur üçün xüsusi “yaşıl enerji” tənzimləmələrinin olmaması bu sahəyə investisiyaların cəlb edilməsi və genişləndirilməsi imkanlarını məhdudlaşdırır. Bu, etibarlılığa təsir edir, əməliyyat xərclərini artırır və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasını çətinləşdirir”.

Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda məlumat mərkəzlərinin yaradılması, sertifikatlaşdırılması və istismarı üzrə vahid milli çərçivə mövcud deyil: “Aydın standartların və hüquqi tələblərin müəyyən edilməsi investorlar üçün daha proqnozlaşdırıla bilən mühit yaradacaq, həmçinin qlobal bulud xidmətləri provayderlərinin cəlb olunması üçün daha güclü baza formalaşdıracaq. Bu cür çərçivənin təkmilləşdirilməsi rəqəmsal iqtisadiyyatın inkişaf imkanlarını genişləndirəcək, rəqabət qabiliyyətini artıracaq və ölkənin regional rəqəmsal mərkəz kimi mövqeyini möhkəmləndirəcək”.

Palata hesab edir ki, məlumat mərkəzləri üçün əməliyyat standartlarını, sertifikatlaşdırma prosedurlarını və güzəştli vergitutma sistemini müəyyən edən milli çərçivə tətbiq edilməlidir: “Bu çərçivəyə beynəlxalq bençmarklarla (məsələn, Uptime Institute tier-ləri) uyğunlaşdırılmış meyarların və yaşıl enerji istifadəsini təşviq edən mexanizmlərin daxil edilməsi, həm rəqabətqabiliyyətliliyini, həm də dayanıqlılığı təmin edəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]