Səyahətdə qənaət ili: azərbaycanlı turistlərin xarici xərcləri azalıb – ARAŞDIRMA

Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xaricdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib.

“Report”un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır.

Xərclərin əsas hissəsi nəqliyyat və yerləşmə xidmətlərinin payına düşüb. Belə ki, nəqliyyata 745 milyon 25 min manat vəsait xərclənib ki, bu da illik müqayisədə 2,9 % azalma deməkdir. Yerləşmə xərcləri 450 milyon 353 min manat təşkil edib və bu istiqamətdə 13,1 % azalma qeydə alınıb. Qidalanmaya isə 402 milyon 800 min manat sərf olunub ki, bu da əvvəlki ilə nisbətən 7 % azdır.

Mədəniyyət xərcləri 6 milyon 360 min manat olub və bu sahədə 25,6 % azalma müşahidə edilib. Turizm paketlərinin alınmasına 65 milyon 369 min manat (-3,7 %), nəqliyyat vasitələrinin icarəsinə isə 3 milyon 592 min manat (-8,1 %) vəsait xərclənib.

İdman və əyləncə xərcləri istisna olaraq artım göstərib. Bu istiqamətdə 12 milyon 797 min manat xərclənib ki, bu da 7,8 % çoxdur. Malların və hədiyyələrin alınmasına 327 milyon 441 min manat sərf olunub və burada 13,8 % azalma qeydə alınıb. Digər xərclər isə 19 milyon 847 min manat təşkil edib ki, bu da 26,6 % azdır.

Ötən il azərbaycanlı turistlər ən çox Türkiyədə xərc çəkiblər. Bu ölkədə xərclər 881 milyon 552 min manat olub və 3,7 % azalıb. İkinci yerdə Rusiya qərarlaşıb – burada 274 milyon 250 min manat xərclənib və 48,5 % kəskin azalma qeydə alınıb. Üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirlikləri yer alıb. Bu ölkədə xərclər 190 milyon 502 min manat təşkil edib ki, bu da 6 % azdır.

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub. Vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib.

İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]