Kolumbiyada “ASAN xidmət” sistemi tətbiq edilə bilər

Kolumbiyada “ASAN xidmət” sistemi tətbiq edilə bilər.

Bu barədə Kolumbiya KİV-ləri məlumat yayıb.

Kolumbiyanın “Acta Diurna” jurnalı qeyd edir ki, 2026-ci ilin fevralında Kolumbiya İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumunun imzalanmasından bir il ötəcək.

Nəşr xatırladıb ki, saziş Dünya Hökumət Sammiti çərçivəsində imzalanıb.

Sənəd qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi vasitəsilə dövlət xidmətlərinin göstərilməsində sadələşdirmə və innovasiyaların tətbiqinə dəstək verməyi nəzərdə tutur.

Memorandumda səmərəliliyi, şəffaflığı və vətəndaşların ehtiyaclarına yönəlməsi ilə beynəlxalq səviyyədə tanınmış “ASAN xidmət” modelinin Kolumbiyada mərhələli tətbiqi planı nəzərdə tutulub.

Sənəd həmçinin Kolumbiyanın dövlət qulluqçuları üçün Azərbaycandakı “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, eləcə də azərbaycanlı ekspertlərin birbaşa dəstəyi ilə bilik və qabaqcıl təcrübənin ötürülməsini əhatə edir.

Saziş tam həyata keçiriləcəyi təqdirdə Kolumbiya artıq Avropa, Asiya və Afrika ölkələrində uğurla tətbiq olunan ASAN modelini Şimali və Cənubi Amerikada istifadə edən ilk ölkə ola bilər.

Xatırladaq ki, bu yaxınlarda Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]