Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

Son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında canlı yayımlar və paylaşımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlinir.

Bu barədə Mətbuat Şurası məlumat yayıb.

Qeyd edilib ki, bu cür hallar cəmiyyətdə aqressiyanın artmasına, eyni zamanda, milli-mənəvi dəyərlərə ciddi zərər vurur.

Məlumatda vurğulanıb ki, xüsusilə xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və qarşıdurma mühiti yaradırlar.

“Belə davranışlar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğundur. İfadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya haqq qazandıran təbiətə malik ola bilməz. Sosial media informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün blogerləri, tiktokerləri, ümumən sosial media istifadəçilərini qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır”, – deyə bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]