Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər.

Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start götürüb. Yarış fevralın 7-dək davam edəcək.

Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, həmçinin 9-13 fevralda eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı da baş tutacaq. Görüşlər hər gün 10:00-da start götürəcək.

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]