Azərbaycan İtaliya və Sloveniyanın “Black Sea Energy” layihəsinə qoşulacağına ümid edir

Azərbaycan İtaliya və Sloveniyanın “Yaşıl Enerji Dəhlizi” layihəsinə (“Black Sea Energy”) qoşulacağına ümid edir.

Bunu Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Romada keçirilən “Qafqazdan Aralıq dənizinə” adlı konfransda bildirib.

“Bu gün Azərbaycan əməkdaşlıq üçün getdikcə daha cəlbedici ölkəyə çevrilir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Avropanın Asiya, Çin və Mərkəzi Asiya ilə əlaqəsi qaçılmaz olaraq Azərbaycandan keçir. Biz infrastrukturu fəal şəkildə inkişaf etdiririk. Söhbət təkcə neft və qazdan getmir, həm də gələcəkdə Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan, daha sonra isə ümid edirik ki, Sloveniya və İtaliya ilə birləşdirəcək elektrik kabeli layihəsindən gedir. Bu, qiymətləndirilmədə İtaliyanın CESI şirkətinin iştirak etdiyi mühüm layihədir”, – səfir qeyd edib.

Xatırladaq ki, Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]