Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.

AYNA-dan verilən məlumata görə, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.

Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.

Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.

Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]