Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcək.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik. Bütün etirazları dinləyəcək və nə edilə biləcəyini nəzərdən keçirəcəyik”, – o qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası sanksiyaların tətbiqi üçün əlindən gələni edir və onları bloklayan ölkələrlə işləyir.

Kallas əlavə edib ki, bu gün həmin ölkələrin mövqelərini dəyişəcəyi ehtimalı görünmür.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]