Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az).

Bu barədə Maliyyə Nazirliyi məlumat yayib.

Məlumata görə, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahid platformada birləşdirilməsinə və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təmin edir. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxış imkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarla qəbul edilməsinə şərait yaradacaq.

RDMİS “Büdcə məlumatlarını idarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-mühasibat”, “e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”, “Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdən ibarətdir.

Artıq aprelin 10-dan etibarən RDMİS-nin “e-müqavilə” altsistemi istifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ və səmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsini həyata keçirir.

Qeyd edək ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]