Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib”

Azərbaycanda büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntuların nisbəti ciddi dəyişməyib.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun olaraq 5 analitik fəaliyyət həyata keçirilib, həmçinin səmərəlilik, maliyyə və uyğunluq auditləri çərçivəsində ümumilikdə 43 audit aparılıb:

“Bu auditlərin 6-da informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub. Hesabat dövründə 3 audit isə məxfi rejimdə keçirilib. Nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanların təsnifatı hesabatda ətraflı əksini tapıb və bu təsnifləşmə uyğunluq, maliyyə və səmərəlilik aspektləri üzrə aparılıb. Təhlillər göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahələrində pozuntuların nisbəti ciddi dəyişməyib”.

V. Gülməmmədov əlavə edib ki, ötən il büdcə vəsaitlərinin idarə olunması sahəsində 36 nəzarət tədbiri üzrə nöqsanlar aşkarlanıb:

“Ən yüksək paya malik olan nöqsanlar büdcə qanunvericiliyi ilə bağlıdır. Bu çərçivədə qurumlar tərəfindən proqnozlaşdırma və icra prosesinə lazımi diqqətin yetirilməməsi, maliyyə və fiskal intizamın tam təmin olunmaması kimi hallar üstünlük təşkil edir. Nəticədə bəzi qurumlarda aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi mexanizmlərinin formalaşdırılmaması, vəsaitlərin təyinatı üzrə istifadə edilmədən digər hesablara yönəldilməsi, eləcə də dövlət sifarişi şərtlərindən kənar xərclər müşahidə olunub”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]